Yuxarı

Avtobuslarda gediş haqqı niyə artırılır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"150 minlik avtobusları özəl şirkət gətirməyib ki, gedişhaqlarının artırılmasına təsir etsin. Bu avtobuslar dövlət büdcəsi hesabına alınıb".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli nəqliyyatda gediş haqlarının artırılmasına münasibət bildirərkən dedi. Onun sözlərinə görə, paytaxta yeni avtobusların gətirilməsi gediş haqlarının artırılmasına səbəb olmamalıdır:

"Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirdi ki, paytaxta 150 min avroluq avtobuslar gətirilib. Avtobusların qiymətinin baha olduğunu əsas gətirən Nəqliyyat Nazirliyinin rəsmisi gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edildiyini təsdiqlədi. Məncə, bu cür yanaşma qəbul edilə bilməz. Dünyada neftin qiyməti günbəgün düşür, yanacağın qiyməti ucuzlaşır. Belə bir iqtisadi şəraitdə nəqliyyatda gediş haqlarının qaldırılması başadüşülən deyil".

Ekspertin sözlərinə görə, Bakıya gətirilən yeni avtobuslar 5 illik lizinq şərtləri ilə alınıb:

"Bahalı avtobuslar gediş haqqının artırılmasına səbəb ola bilməz. Birincisi ona görə ki, həmin avtobuslar 5 illik lizinq yolu ilə alınıb. Yəni, bu 5 il ərzində həmin avtobuslar xərclənən vəsaiti tamamilə ödəyəcək. İkincisi, bu avtobuslar dövlət büdcəsi hesabına alınıb, xüsusi şirkətlərin gətirdiyi avtobuslar deyil. Ona görə düşünürəm ki, Taarif Şurası bu müraciəti müsbət qarşılamamalıdır".

Xatırladaq ki, bir neçə gün öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov "APA-Economics"ə ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı növbəti dəfə Tarif Şurasına müraciət ediləcəyini bildirib.

Ə.Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: "Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq".

Tarix
2014.12.25 / 22:59
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla