Yuxarı

Ucarda başsız qadın SOCAR şefinə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim ailəyə məxsus pay torpaq sahəsi yeni çəkiləcək Cənub Qaz Dəhlizi ilə bağlı plana düşüb. Amma bizə nəzərdə tutulan kompensasiyanı düzgün şəkildə ödəmirlər".

Bu sözləri Ucarın Qaracallı kəndi sakini Gülayət Tağıyeva Axar.az-a müraciətində yazıb.

Onun sözlərinə görə, rayonun Aqrar İslahat Komissiyasının 28 dekabr, 1998-ci il tarixli qərarına əsasən 7 nəfərdən ibarət ailəyə 1,34 hektar pay torpaq sahəsi verilib: "Hazırda beynəlxalq qaz kəməri çəkilişinə başlanılıb. Bu işə təyin edilmiş məsul şəxslər savadsızlığımdan və həyat yoldaşımın vəfat etməsindən istifadə edərək, bizim ailəyə düşəcək kompensasiyanı mənimsəmək istəyirlər. Qonşumuzun 60 sot torpaq sahəsinə görə 19 min manat kompensasiya verildiyi halda, eyni istiqamətdə yerləşən 1,34 hektar torpaq sahəmizə cəmi 9.851 manat təklif edirlər".

G.Tağıyeva yazıb ki, Qaracallı kənd icra nümayəndəsi Musa Abdiyev və bu işə Bakıdan ezam edilmiş Faiq adlı məsul şəxs onu aldatmaq istəyib: "Biz bu pulu götürməkdən imtina etdik. Çörəyimizi əkin -biçinlə çıxardan zəhmətkeş kəndli ailəsiyik. Bizim tək qazanc yerimiz torpağımızdır. Bizim kompensasiya qanuni və ədalətli hesablanmalıdır. Rövnəq Abdullayevdən çox xahiş edirəm ki, bizə kömək etsin".

Tarix
2014.12.26 / 01:29
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla