Yuxarı

Nazirlikdən 70 yeni layihə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 70 yeni peşə standartının layihəsi hazırlanıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazirlik və Dünya Bankı "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, bu il daha 70 yeni peşə standartının layihəsi hazırlanıb.

Beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə hazırlanan peşə standartları əsasən nəqliyyat, tikinti, turizm, emal sənayesi, ticarət, biznesin idarə edilməsi, kənd təsərrüfatı və fərdi fəaliyyət sektorlarını əhatə edir.

Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən ilin sonlarında iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 200 peşə standartı sahibkarların istifadəsinə verilib. Ümumilikdə müxtəlif sahələrə aid 5 minədək peşə standartının hazırlanması nəzərdə tutulur.

Tarix
2014.12.29 / 13:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla