Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


Anar Məmmədovun işçisini öldürənə hökm oxunmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində "Qarant Sığorta"nın İdarə Heyətinin üzvü Natəvan Əliyevanı qətlə yetirməkdə təqsirli bilinən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində adları hallanan şəxslər dindirilib.

Zərərçəkmiş qismində mərhumun anası Tamara Əliyeva bildirib ki, hadisədən 10 gün sonra hüquq mühafizə orqanları tərəfindən qızının qatilinin tapıldığını eşidib.

Tamara Əliyeva məhkəmədən maddi və mənəvi təzminat istəmədiyini deyib və xahiş edib ki, qatilə ömürlük həbs cəzası verilsin.

Məhkəmədə qatil Tərlan Tahirovun atası və anasına söz verilsə də, onlar danışmaqdan imtina ediblər.

Məhkəmənin növbəti iclası yanvar ayının 9-a təyin edilib.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N.Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib. O, üstündə gəzdirdiyi bıçaqla Natəvanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək öldürüb. Daha sonra o, mənzildə axtarış apararaq N.Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb. Cinayətin T.Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.

"Qarant Sığorta" "Qarant Holdinq"ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Tarix
2014.12.31 / 15:25
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Səhiyyə nazirindən əmr: Məmmədova vəzifə verildi...

İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Mikayıl Cabbarov bəstəkarın oğluna yüksək vəzifə verdi

Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı

General açıqladı: Bu cinayətlərin 92 faizinin üstü açılıb

Azərbaycanda 1335 km yol çəkildi

Bakıda qəza şəraiti yaradan sürücü işdən qovuldu - Video

Rusiya araşdırır: Anarın atası qəzada ölüb, yoxsa...

20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla