Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Fərhad Əliyev: “İdeyalara sadiq qalmaq əsasdır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev Prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxdı. Fərhad Əliyev Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 2 saylı, Rafiq Əliyev isə 6 saylı CÇM-də cəza çəkirdilər.

2 saylı CÇM-nin qarşısı qələbəlik idi. Azadlığa çıxacaq dustaqların yaxınları əzizlərinin azad olacağı anı gözləyirdi. Fərhad Əliyevi qarşılamağa gələnlərin arasında isə jurnalistlər çoxluq təşkil edirdi.

Saat 10.30-da Cəza müəsisəsinin qapısından çıxan Fərha Əliyev jurnalistlərin suallarına qısaca da olsa, cavab verdi.

- Fərhad müəllim, əfv edildiniz, vəzifəyə də gətirilə bilərsinizmi?

- Hansısa vəzifədə təmsil olunmaq əsas deyil, ideyalara sadiq qalmaq əsasdır. Mən dövlətimizi, dövlətçiliyimizi həmişə üstün tutmuşam.

"Hamı yerli mal alsın…" artıq arxada qalıb

- Sizin məşhur deviziniz vardı: "Hamı yeli mal alsın, xeyir Vətənə qalsın". Bu prinsip davam edəcəkmi?

- Elə şeylər var ki, artıq arxada qalıb. Vətən üçün yaşamaq, çalışmaq, onu sevmək, dövlətçiliyə sadiq qalmaq isə arxada qalan məsələlərdən deyil. Hər şeyin öz zamanı var. Mən indi başqa duyğularla əhatələnmişəm. Azadlıqdayam. Buna görə Cənab Prezidentə təşəkkür edirəm. Azad olunmam üçün səy göstərən bütün insanlara minnətdaram.

Qara paltarlı qadın

Adamların arasından nurani bir xanım ona yaxınlaşır:

- Oğlum, – və eks-nazirin boynunu qucaqlayır.

Fərhad Əliyev:

- Siz niyə əziyyət çəkmisiniz, özüm gələcəkdim də…

- Dedim balamı görüm…

- Ananızdır?

- Yox, anam deyil, amma hamımızın anasıdır. Bu ana da başqa bir dustağın, gözəl bir oğlanın anasıdır.

Elə bu zaman…

Rafiq Əliyev gəldi

Rafiq Əliyev cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəsisədən çıxdıqdan sonra birbaşa qardaşını qarşılamağa gəlmişdi. Fərhad Əliyev üzünü jurnalistlərə tutur:

  • Mən ikiqat xoşbəxtəm. Qardaşım bu gün azadlığa çıxıb. Məhbus həyatı çat verən, bəhrəsiz torpaq kimidir.

Ana ilə görüş

Hər iki qardaş anaları Hacı Şövkət xanımın yaşadığı İçərişəhərdəki evə gəlirlər. Həyətdə qardaşların azad olunması münasibəti ilə qurban kəsilir. Evin 3-cü qatında yerləşən mənzildə də qələbəlikdir.

İxtiyar yaşında olan qadının göz yaşları öz ixtiyarında deyil. Tanıdığı, tanımadığı insanlara minnətdarlıq hissi ilə baxır.

- Oğlanlarınızın azadlığa çıxacağını gözləyirdiniz? – soruşuram.

- Hər dəqiqə gözləmişəm onları. Mən onların yanında olmuşam. Özümü onlardan ayrı hiss etməmişəm heç...

Hər iki oğul analarına sığınır. Üzlərini ağbirçək ananın sifətinə sürtürlər, - lap körpə uşaqlar kimi.

Tarix
2013.10.16 / 12:11
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Ekstrasensimizin 2017 öngörüsü: doğru çıxanı olmadı

Ana südü ilə qidalanan körpələrin sayı artdı

Bir uşağa 45 manat, bir buzova isə 100 manat... - Deputat

Bakıdan əsgərimizin meyitinin qaytarılması üçün - Müraciət

Onlara qarşı ciddi mübarizə aparılmalıdır - Video

Nardaranda radikal dini qruplara qarşı - Tədbir

Güllələnən 8 azərbaycanlı general – Axar TV

Cinayət törədən əsgərimizin meyiti düşmən tərəfdə... - MN

Bakıda Ərəbistan toz-dumanı... - Açıqlama

Səlim Müslümovun hansı müavini əlildir?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla