Yuxarı

Soyqırım qurbanları universitetdə anıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanlıların Soyqrımı Gününə həsr olunan "Tarixin ibrət dərsləri" mövzusunda tədbir keçirilib.

ATMU-nun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalisinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini hadisə, faciə deyil, bir millətə qarşı soyqırım olduğunu deyib:

"1918-ci il martın 31-də baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən mənfurluğun, vandalizmin, faciənin növbəti həlqəsi kimi yaddaşımıza yazılıb. Azərbaycanlılara qarşı soyqırım Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha geniş miqyaslı olub. Erməni hərbi birləşmələri tərəfindən Quba qəzasının 122 kəndi yandırılıb. Statistik rəqəmlərə görə, təxminən 700 min insan soyqırıma məruz qalıb".

Tarix
2015.04.01 / 00:46
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla