Yuxarı

Əsas yollar bağlanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Bakıda demək olar ki, əsas yolları bağlı olacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun Ans press-in verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin Bakıya səfərilə əlaqədar bir çox ərazilərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Qurum rəsmisi bildirib ki, paytaxtda keçiriləcək tədbirdə iştirak etmək üçün gələn qonaqların yollarda təhlükəsiz hərəkət etməsini təmin etmək üçün bu gün saat 13:00-dan aprel ayının 3-nə qədər aşağıda qeyd edilən ünvanlarda hərəkət dayandırılacaq.

Belə ki, hava limanından şəhərin mərkəzinə doğru, Heydər Əliyev, Yusif Səfərov, Üzeyr Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər prospektləri, o cümlədən Azneft meydanı, Teymur Elçin, Mehdi Hüseyn, Parlament prospektləri və həmin istiqamətdən Mərdəkan istiqamətinə avtomobillrəin hərəkəti məhdudlaşdırılır. Bundan əlavə, qonaqların gəzintisini nəzərə alaraq, Fəxri Xiyaban və digər istiqamətlərdə də avtomobillərin hərəkət məhdudlaşdırıla bilər.

Deyilənləri nəzərə alaraq, Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və avtomobil sahibkarlarına müraciət edir ki, bu günlər ərzində mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər.

Yaxşı olar ki, əhali ictimai nəqliyyata üstünlük versin.

Tarix
2015.04.01 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla