Yuxarı

İşdən çıxarılan direktor hələ də rəhbərlik edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ardı-arası kəsilməyən şikayətlərdən sonra işindən azad edilən Respublika İncəsənət Gimnaziyasının direktoru Mahuzər Şabanbəyova haqqında maraqlı fakt ortaya çıxıb.

Gimnaziya işçisinin Axar.az-a verdiyi məlumata görə, 69 yaşlı M.Şabanbəyovanın işdən öz xahişi ilə azad edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Saytımıza dəfələrlə haqqında şikayət məktubları daxil olan direktor barədə danışan mənbə iddia edir ki, M.Şabanbəyova işdən çıxması ilə bağlı ərizəni öz təşəbbüsü ilə yazmayıb. Ona ərizə yazması təklif olunub və bundan sonra onun əmri verilib. Daha sonra M.Şabanbəyovanın qeyri-rəsmi "işlərini" həll edən Umnisə Nəcəfbəyova müvəqqəti olaraq direktor təyin edilib. U.Nəcəfbəyova uzun müddətdir ki, bu məktəbdə çalışır.

M.Şabanbəyovanın işinə xitam verildikdən sonra Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi İncəsənət Gimnaziyasına gəlib və U.Nəcəfbəyovanı direktor kimi təqdim edib.

Mənbə qeyd edir ki, S.Kərimi işinə xitam verilən M.Şabanbəyova haqqında da danışıb. O, keçmiş direktorun qiymətli kadr olduğunu və işdən çıxarılmayacağını açıqlayıb və təhsil ocağının yeni direktoru ilə eyni otaqda çalışacağını bildirib.

Xatırladaq ki, Milli Konservatoriyanın tərkibində olan Respublika İncəsənət Gimnaziyasının direktoru M.Şabanbəyova işindən azad edilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, M.Şabanbəyova martın 6-da öz ərizəsi ilə işdən azad edilib. Onun vəzifəsinin icrası təhsil müəssisəsinin ibtidai sinif rəhbəri Umnisə Nəcəfbəyovaya həvalə olunub. Yaxın günlərdə isə İncəsənət Gimnaziyasına direktor təyin olunacaq.

Bildirək ki, yeni dərs ilinin başlaması ərəfəsində Axar.az-a Respublika İncəsənət Gimnaziyasının direktoru haqqında daxil olan şikayət məktubunda onun gimnaziya ilə maraqlanmadığı, məktəbdə problemlərin olmasına baxmayaraq, Türkiyəyə istirahətə getdiyi bildirilirdi.

Tarix
2015.04.01 / 16:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla