Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


276 neftçiyə yeni vəsiqələr verildi - Xidmət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2015-ci ilin mart ayı ərzində Bakı şəhərinin və ölkəmizin bir sıra rayonlarında növbəti səyyar xidmətlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, belə ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Qaradağ RPİ, Pirallahı RPŞ-nin, həmçinin Şabran, Sabirabad, Qobustan və Hacıqabul RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutmuş analoji tədbirlərlə adları çəkilən bölgələrin ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-büluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin ediliblər.

Paytaxtın Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr aralıda yerləşən Neft Daşlarında da oxşar tədbir keçirilib. Bu zaman 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Keçirilmiş səyyar xidmətlər nəticəsində sözügedən rayonların ümumilikdə 1355 sakininə yeni vəsiqələr verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.

Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.

Tarix
2015.04.01 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda avtobus belə yandı - Video/Foto

Qərar verildi: 135 şəhid vərəsəsinə birdəfəlik ödəmə...

"Azərsu" xəbərdarlıq etdi: Bu rayonda su olmayacaq

Polşadakı ermənilərdən təxribat: Diasporumuz hərəkətə keçdi

Deputatdan MM-ə çağırış: Bəzi xarici qüvvələr...

BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi

Məşqçinin öldüyü qəzanın - Videosu

BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok

Bakı merindən – İlk təyinat

Təhsildə dəyişiklik: birincilər neçə yaşdan dərsə başlayacaq

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla