Yuxarı

Kəlbəcərsiz 22 il – Son video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 22-ci ildönümüdür.

Axar.az yada salır ki, Kəlbəcər 1993-cü ildə işğal olunub. Rayonun ərazisi 1936 kvadrat kilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb. İşğal nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, İstisu sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib.

Hazırda iki kəlbəcərli – ata-baba qəbirlərini ziyarətə gedən Şahbaz Quliyev və Dilqəm Əsgərov erməni əsirliyindədir.

Tarix
2015.04.02 / 08:00
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla