Yuxarı

Bakı bankına inanılmaz fırıldaq iddiası – Fakt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən "Atrabank" müştəriləri aldatmaqda ittiham olunur.

Axar.az xəbər verir ki, bu barədə redaksiyamıza məlumat verən Cəlilabad rayonunun Sabirabad kənd sakini Nuriyev Haqverdi Allahşükür oğlu bankın əlində oyuncağa çevrildiyini iddia edir:

"Xətai rayonunda 83 kv metrlik ikiotaqlı mənzil almaq üçün "Atrabank" ASC-nin "Riyad" filialından 130 min manat kredit götürdüm. Bir müddətdən sonra evdə təmir işləri yekunlaşdı və həmin mənzili satmaq qərarına gəldik. "Atrabank" ASC-nin "Riyad" filialı mənzilin qiymətinin 165 min manat olduğunu və satılması üçün müştəri tapacağı ilə bağlı öhdəlik götürdü. Mənzili satmaqda məqsədim sözügedən banka olan 130 min manat kredit borcunu ödəmək idi.

Qısa müddət sonra bank müştəri tapdı. 16 yanvar 2015-ci il tarixdə oğlum Nuriyev Seymur Haqverdi oğlu ilə evi almaq istəyən Talıbov Tahir Ağagül oğlu arasında Bakı şəhər 14 saylı notariat kontorunda "Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi", "Kredit Müqaviləsi" və "Öhdəlik Müqaviləsi" imzalandı. Müqaviləyə görə, T.Talıbov hər ay oğluma 10750 manat olmaqla 53750 manat nağd şəkildə, yerdə qalan 108,592 manatı isə "Atrabank" ASC-nin "Riyad" filialına müqavilədə göstərilən qrafik üzrə ödəyəcəkdi. Lakin yanvar ayından bu günə kimi T.Talıbov banka 1 manat da ödəməyib".

Mənzilin oğlu S.Nuriyevin adından çıxarılıb T.Talıbovun adına rəsmiləşdirildiyini deyən Haqverdi Nuriyev əsl müsibətin elə bundan sonra başlandığını bildirdi:

"Evin satılması rəsmiləşdikdən sonra T.Talıbov nə oğluma, nə də banka pul ödəyib. Artıq 3 ay ötüb. Bankın işçiləri isə gözləmədiyimiz halda oğluma zəng vuraraq qrafik üzrə aylıq ödənişi tələb edir. Evin oğlumun adından çıxarılıb T.Talıbovun adına keçirildiyini və göstərilən məbləğin də həmin şəxs tərəfindən verilməli olduğunu bildirsək də, bankın səlahiyətliləri tərəfindən bizə məhəl qoyan olmadı. Bu günə qədər də banka borclu olduğumuz 130 min manatın faizi günbəgün artır".

H.Nuriyev iddia edir ki, "Atrabank" ASC-nin "Riyad" filialı verməli olduqları 130 min manatdan sui-istifadə edir:

"Fikrimcə, evi alan şəxs elə bankın öz adamıdır. Çünki bu yolla onlar evi tamamilə əlimizdən almaq istəyirlər. Bank qəsdən üçüncü tərəfin ödənişini yubadır ki, biz 130 min manatı ödəyə bilməyək və faiz evin hazırki satdığımız məbləğinə gəlib çatsın. Məhz bundan sonra məhkəmə yolu ilə bizə heç bir qəpik belə verilmədən ev bankın ixtiyarına keçsin. Baxmayaraq ki, adı çəkilən bank evin satılacağı və ödəniləcək məbləğin bankın tapdığı müştəri tərəfindən reallaşacağı haqda razılıq sənədi verib".

Üzləşdikləri problemlə bağlı məhkəməyə müraciət etməkdən başqa bir əlacı olmadığını deyən 60 yaşlı zərərçəkmiş dəfələrlə banka getdiklərini, lakin məsələnin həll olunmadığını bildirib.

Bank da məhkəməni gözləyir

Məsələ ilə bağlı "Atrabank" ASC-nin "Riyad" filialı ilə əlaqə saxladıq. Filialın direktoru Ramiz Sultanov deyilənlərin həqiqətə uyğun olmadığını, məhkəmə prosesində hər şeyə aydınlıq gətiriləcəyini bildirdi:

"Nuriyev Seymurun dedikləri həqiqəti əks etdirmir. Birincisi, bank mənzilin satılması üçün müştəri tapmayıb. İkincisi, deyildiyi kimi, açılan kredit və qrafik üzrə ödəniş Nuriyev Seymur Haqverdi oğlunun adınadır. Buna görə bank ondan vaxtlı-vaxtında ödənişi tələb edir. Bizim strukturda qanunsuz heç bir əməl ola bilməz. Hüquq-mühafizə orqanları var. Əgər belə bir şey varsa, onlar bu işlə məşğul olmalıdır".

Filial rəhbəri aprelin 6-da Abşeron Rayon Məhkəməsində müraciətə baxılacağını, problemin qanuni yolla çözüləcəyini bildirdi.

Bildirək ki, "Atrabank" ASC-nin "Riyad" filialı razılaşmanın və öhdəliyin qanuni olduğunu iddia etsə də, mənzilin T.Talıbovun adına keçirilməsi və borc müqaviləsini təsdiq edən sənədlər bunu deməyə əsas vermir. Həmin sənədləri təqdim edirik:

Tarix
2015.04.02 / 09:18
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla