Yuxarı

Sabunçuda manyak qatil: camaat xof içində – Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu vağzalı ərazisində baş verən tükürpədici silsilə qətllər Sabunçu sakinlərini vahiməyə salıb.

"Axar.az"ın əldə etdiyi məlumata görə, yanvarın 1-i gecə saatlarında Sabunçu rayonu ərazisində dəmir yolu stansiyasında daha bir dəhşətli qətl hadisəsi baş verib. Dəmir Yolu stansiyasının kənarında boğazı kəsilmiş halda 30-35 yaşlı naməlum kişi meyiti tapılıb. Bu, artıq son bir ay ərzində Sabunçu vağzalı ərazisində baş verən ikinci dəhşətli qətl hadisəsidir.

Dekabrın 16-da naməlum şəxs 1961-ci il təvəllüdlü qəsəbə sakini Məmmədvəli Məmmədovun ürəyindən bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsərək qətlə yetirib. Hadisə şahidlərinin verdiyi ifadələrə baxmayaraq, polisin cinayətkarı yaxalayaraq məsuliyyətə cəlb etməklə bağlı göstərdiyi cəhdlər hələ ki, uğursuz alınır.

Məmmədəli Məmmədovun qətlindən sonra eyni ərazidə daha bir naməlum şəxsin eyni metodla qətlə yetirilməsi və daha əvvəlki cinayətin üstünün açılmaması, ətraf ərazidə yaşayan sakinləri qorxuya salıb. Onlar rayonda qatil manyakın peyda olduğunu düşünürlər. Elə buna görə də, qətllərin baş verdiyi dəmir yol zolağının ətrafında yaşayan sakinlər hava qaraldıqdan sonra çölə çıxmamağa üstünlük verirlər.

Xatırladaq ki, Dəmir Yolu Nəqliyyatı Polis İdarəsindən "Axar.az"a baş vermiş qətl haqda hər hansı bir məlumat verə bilməyəcəklərini bildirdilər.

Mövzuya qayıdacağıq...

Tarix
2014.01.01 / 20:49
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla