Yuxarı

2014-ün ilk endirimi: yumurta ucuzlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilin ilk günündə paytaxtın topdansatış məntəqələrində yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub.

Belə ki, ticarətlə məşğul olan şəxslər yanvarın 1-dən etibarən yumurtanı 5-6 qəpik ucuz qiymətə alıblar. Yumurta biznesi ilə məşğul olan iş adamlarından biri musavat.com-a deyib ki, yumurtanın bir ədədinin 19-20 qəpikdən 13-14 qəpiyədək ucuzlaşmasına səbəb broyler məhsulunun bazarlarda artmasıdır. Artıq dükan-bazarlarda yetərincə yumurta var.

Ötən ilin son günləri yumurtanın qıtlaşmasının səbəbinə gəldikdə, iş adamları deyir ki, buna İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarının broyler fabriklərinə (Hacıqabul, Giləzi və s.) gedərək yumurtanın qiymətini dərhal aşağı salmaqla bağlı tələblər irəli sürməsi təkan verib. Ancaq məlumata görə, iş adamları qiymətin endiriləcəyi halda ziyanla işləyəcəklərini əsas gətirib bundan imtina edib və yumurtanın satışını minimuma endiriblər. Onlar dekabrın 1-dən etibarən yanacağın qiymətinin artımı ilə əlaqədar xərclərinin kəskin şəkildə artdığını, yemin və daşınma xərclərinin çoxaldığını əsas gətirib əvvəlki qiymətlərlə yumurta istehsalını davam etdirə bilməyəcəklərini deyiblər. Məlumata görə, istehsalçılarla rəsmi qurumlar arasında uzun müzakirələr gedib və zamanında ölkə başçısının müdaxiləsindən sonra qiymətləri endirilən yumurtada endirimin qaçılmaz olduğu qeyd edilib. Lakin qiymətlərdəki endirimin qarşılığında sahibkarlara hansı güzəştin edildiyi bəlli deyil. Maraqlısı odur ki, artıq paytaxt bazarlarında yetərincə yumurta var. Hər halda bu, 2014-cü ilin ilk endirimidir, ancaq endirimlərin digər məhsullarda da davam edəcəyini demək çətindir... ("Musavat.com")

Tarix
2014.01.01 / 23:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla