Yuxarı

Bərzani Çaldıran döyüşündən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani öz Yeni il mesajında kürdlərin qanuni mübarizə əsasında torpaqlarına qovuşmasını istəyərək, 1514-cü ildə Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında baş verən Çaldıran döyüşündən bəhs edib.

Çaldıran döyüşünün 500-cü ildönümünü xatırladan Bərzani deyib ki, bu yeni il eyni zamanda Kürdüstan torpaqlarının parçalanmasının ildönümüdür.

Bərzani Türkiyə , İran , İraq və Suriyada, eləcə də dünya üzərində yaşayan kürdlərə xitab edərək deyib ki, yeni ilin kürdlərin hüquqlarının və torpaqlarının verildiyi il olmasını istəyir.

O, deyib ki, bu il Kürdüstan torpaqlarını parçalayan Çaldıran döyüşünün 500-cü ildönümü olacaq.

Bərzani iddia edib ki, Səfəvi dövlətinin başçısı Şah İsmayılla Osmanlı sultanı Yavuz Səlim arasında 500 il əvvəl baş verən döyüş kürdlərin dövlətçiliyinin əldən getməsinə səbəb olub.

Bərzani deyib: "2014-ci ilin kürdlərin qanuni mübarizəsinin irəlilədiyi bir il olmasını ümid edirəm. Ümid edirəm ki, Suriyanın Rojava bölgəsindəki xalqımızın da ağrıları sona çatar və hüquqlarına qovuşarlar". ("Musavat.com")

Tarix
2014.01.02 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla