Yuxarı

Daha iki nazirimiz qohum olur – Özəl/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə quda olan daha iki məmurumuz bu günlərdə öz qohumluğunu rəsmiləşdirməyə hazırlaşır.

"Axar.az"ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.

Gənclərin toy mərasimi yanvarın 10-da "Buta Palace"da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.

Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir.

"Axar.az" saytı yeni ailə quran gənclərə xoşbəxtlik arzu edir.

Tarix
2014.01.03 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla