Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Ağcabədidə fövqəladə vəziyyət – Qisas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afşar kəndində güllələnən Zahid Qarayevin xəstəxanada ölməsinə görə qohumlarının qisas alacağı xəbərini alan Ağcabədi polisi səfərbər olunub.

Ağcabədi rayonundan olan qaynağın "Axar.az"a bildirdiyinə görə, Ağcabədi Polis İdarəsinin əməkdaşları hazırda Afşar kəndindədirlər və nəzərdə tutulan qisas ehtimalının qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atırlar. Hadisələrin axarını isə təsəvvür etmək belə çətindir.

Məlumat üçün bildirək ki, dekabrın 30-da kənd sakinləri Zaur və Anar Baxşəliyevlər şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi onun öz evində vurmaq istəyərkən, atılan güllələr şəhidin əmisi Zahid Qarayevə dəyib. Zahid Qarayev bu gün günorta saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan vəfat edib.

Hazırda onun meyitinin bu dəqiqələrdə kəndə çatacağı bildirilir. Polis isə Abdullayevlərin qisas almasından olduqca narahatdır.

Afşar kəndi klassik ənənələrə bağlı və qapalı kəndlərdən hesab olunduğu üçün polisin narahatlığına ciddi əsas var. Qaynağın xəbərinə görə, Ağcabədi polisi Afşar ağsaqallarının bu qan düşmənçiliyinə müdaxilə edəcəyi ana qədər kəndə ciddi nəzarət etməkdən ayrı əlac görmür.

Əlavə edək ki, bu güllələnmə nəticəsində həbslər və polisin gördüyü tədbirlər barədə bayram günləri olduğu üçün ictimaiyyətə ətraflı məlumat verilməyib.

Bu gün Afşar kəndində daha bir bıçaqlanma hadisəsinin olması da polisin narahatlığını artırıb. 17 yaşlı rayon sakini Rza Fətullayev Avşar kənd sakinləri Cəsarət Əkbərov və Pərviz Əlizadəni bıçaqlayıb.

Tarix
2014.01.03 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Azərişıq”da yeni təyinat

DİN-in komandiri qəfil vəfat etdi

DSX düşmənlə üz-üzə postları təhvil aldı – MN-dən açıqlama

Ermənistana keçən azərbaycanlı ələ keçirildi

Gələn maşını gözləmədi, qəza oldu - Foto

Bu yoldan istifadə edənlərin nəzərinə!

Bağlı qalmış 46 cinayətin üstü açıldı

Düşmən cəbhədə təxribat törətdi

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla