Yuxarı

Azərbaycanda qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanda bəzi dağlıq və dağətəyi ərazilərdə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim cənub-şərq küləyi əsəcək (Trend).

Havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 5-də bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tarix
2014.01.04 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla