Yuxarı

Ucar sakini dəm qazından zəhərləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar sakini dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bu gün saat 17:30 radələrində Ucar şəhərində 34 yaşlı qadın dəm qazından zəhərlənib. Qadın hamamda çimərkən boğulub. Şəhərin Füzuli küçəsində yaşayan Məmmədova Məhəbbət Sabir qızı hamada çimərkən vəziyyəti ağırlaşıb, dəm qazından boğulduğunu hiss edib. O, hamamdan çıxaraq kömək istəyib.
Təcili yardımın köməyi ilə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılan Məhəbbət Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin həddindən ağır olduğunu bildirirlər.

Məhəbbət Məmmədova iki uşaq anasıdır. O, əvvəllər Ağdaş rayonunda ərdə olub. Boşandıqdan sonra iki uşağı ilə atası evinə yerləşib. Hadisə də onun atası evində baş verib.(anspress)

Tarix
2014.01.04 / 20:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla