Yuxarı

20 yaşlı gənc özünü körpüdən belə atdı - Video/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:43

Bu gün gecə saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektindəki körpüdə intihar hadisəsi qeydə alınıb.

Hadisə şahidlərinin "Minval.az"a verdiyi məlumata görə, bir nəfər 20 yaşlarında gənc körpünün dəmir konstruksiyasının üzərinə çıxıb və özünü oradan aşağı ataraq intihar edib. (Musavat.com)

İntiharın səbəbi haqqında heç bir məlumat yoxdur.

02:15

APA-nın məlumatına görə, ərtafdakılar hadisə barədə müvafiq qurumlara məlumat verən kimi dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər gəlib, özünü körpüdən atmaq istəyən şəxsi fikrindən dönməyə çağırıblar. Lakin kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

02:47

Sabunçu Rayon Polis İdarəsindən "Axar.az"a bildiriblər ki, hazırda hadisə yerində polis əməkdaşları ilə yanaşı, Sabunçu Rayon Prokurorluğunun müstəntiqləri araşdırma aparırlar. İntihar edən gəncin şəxsiyyəti hələ də müəyyən edilməyib.

Tarix
2014.01.05 / 02:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla