Yuxarı

Bakı-Astara yolunda dəhşətli qəza - Fotolar/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

05/01/2013. 12:14

Bakı-Astara yolunda dəhşətli avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhəri yaxınlığında, "Port" deyilən ərazidə Fuad Həsənovun idarə etdiyi 02 BA 768 dövlət nömrə nişanlı VAZ 21 03 markalı minik maşını əks istiqamətdə hərəkət edən 10 ZH 911 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını ilə toqquşub.

Baş vermiş qəza nəticəsində VAZ 21 03 minik maşınında olan 3 nəfər - Fuad Həsənov, Gülnaz və Məhəbbət Həsənovalar hadisə yerindəcə keçiniblər.

Şahidlərin məlumatına görə, qəzaya səbəb Fuad Həsənovun ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və əks istiqamətdə hərəkət edən TIR-ın yoluna çıxmasıdır.

İlkin ehtimallara görə, qəza nəticəsində minik maşınında dünyasını dəyşənlər bir ailənin üzvü olublar. Onlar cənub bölgəsində N saylı hərbi hissələrin birində xidmət çəkən digər ailə üzvünün yanına görüşə gedirmişlər.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

06/01/2013. 13:25

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. DİN-in rəsmi saytında qəza ilə bağlı bildirilir ki, yanvarın 5-də saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində Bakı şəhər sakini Fuad Həsənovun idarə etdiyi "VAZ-2103" markalı və Hacıqabul rayon sakini Səxavət Rzayevin idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşmuşdur. F.Həsənov və sərnişinləri - arvadı Gülnaz və qızı Məhəbbət hadisə yerində ölmüşlər.

Tarix
2014.01.06 / 13:25
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla