Yuxarı

"Şahdağ" otelində istirahət neçəyə başa gəlir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şahdağ" otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, "Zirvə"də isə 109 manatdır
Son günlər Qusardakı "Şahdağ" turizm kompleksinə gedənlərin sayı artıb.

Hətta sosial şəbəkələrdə bu istiqamətdə yollarda avtomobil tıxaclarına dair fotolar paylaşılır.

Bəs, Bakının 180 kilometrliyində yerləşən bu kompleksdə xizək sürməyin bir günü neçəyə başa gəlir?

Xizək zolaqlarından istifadə böyüklər üçün bir günlük 22, yarım günlük 11 manatdır. 11 yaşına qədər uşaqlar üçün isə bu qiymətlər müvafiq olaraq 17 və 9 manat təşkil edir.

Xizək və sürüşmək üçün digər avadanlıqların kirayəsi 30 manata başa gəlir. Kanatda bir dövrənin qiyməti 6 manatdır.

ƏN UCUZ OTEL 109 MANATADIR

Kompleksdə otel kirayələyib istirahət etmək istəyənlər bir qədər gözləməli olacaqlar. Burdakı otellərdə yanvarın 6-na qədər bütün yerlər tutulub.

"Şahdağ" otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, "Zirvə"də isə 109 manatdır.

Otellərdə ancaq Avropa yeməkləri verilir. Kompleksin baş aşpazı argentinalıdır.

"Şahdağ" Qış-Yay turizm kompleksinin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb. 2 milyard avro dəyərləndirilən bu layihənin 4 mərhələdə, 6-7 ilə tamamlanması planlaşdırılır.

Dövlət vəsaiti ilə yanaşı, layihəyə özəl investisiyalar da cəlb olunub. ("Azadlıq" radiosu)

Tarix
2014.01.05 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla