Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2018


Azərbaycanın Şaxta babası xaricdə yaşamaq istəyir – Fotoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bayram tətili rəsmən başa çatdı. 2013-ü necə yola saldıq, ilə necə girdik? Yeni ildən nə gözləyirik? Dünən – son bayram günü kiçik bir sorğu keçirib, şəhər sakinlərinin fikirlərini öyrənmək üçün şəhərin mərkəzinə üz tutduq.

Tətilin son günü olduğu üçün şəhərin küçələri demək olar ki, boşdur. Adda-budda adamlar var. Buna baxmayaraq, şəhərdə son gündən yararlanıb fəvvarələr meydanındakı yolka və Şaxta baba ilə şəkil çəkdirənlər də yox deyildi. Kiçiklərdən tutmuş böyüklərə kimi hər kəs 2014-ü qarşılamasından ürək dolusu danışdılar. Sadəcə, Şaxta babanı kefsiz gördük.

Şaxta babanın arzuları...

Yeni il bayramının ən sevimli personajı olan Şaxta baba isə bizə öz problemlerindən danışır. Hələ də onun hədiyyələr gətirməsinə inanan uşaqların yanında onun öz problemlərindən danışmasını balacalar duymasın deyə, ondan söhbətimizi bir az kənarda davam etdirməsini xahiş edirəm.

Hər zaman uşaqların arzusunu həyata keçirən yeni il qəhrəmanının ən böyük arzusu bayram gününü ailəsinin yanında qeyd etməkdir.

"Şaxta baba işi"ni tanışlıqla tapmışam

- Bəs necə oldu ki, şaxta baba paltarı geyindiniz?

- Bu işi tanışlıqla tapmışam. Fizuli rayonunun Əhmədalılar kəndindən gəlmişəm. Sadəcə, kim şəkil çəkdirmək istəyir, onlardan pul alıram. Üç ildir Şaxta baba paltarı geyinirəm. Rayonda iş yoxdur. Olsaydı, işləyərdik.

Onun sehrli çomağı

Həqiqətən də qarlı dağlar aşıb, çox ellər dolaşıb Bakının mərkəzinə gəlib düşən bu "baba"nın sehrli çomağı da var. Amma öz sehrini itirib. Deyir ki, çomağın sehri olsaydı, xaricdə yaşamaq istəyərdi.

Uşaq vaxtı arzularından biri də "Ruslan və Lüdmila" filmindəki sehrli Şaxta baba olmaq imiş:

- Elə o kinolara baxa-baxa uşaq vaxtından şaxtababa rolunu oynamaq istəmişəm. İş elə gətirdi ki, imkansızlıqdan mən Şaxta baba işləməli oldum.

Yurdumuzun adi günlərində isə "babamız" kənddə mal–qara saxlamaqla məşğuldur.

- Ayın 31-i günü saat birə kimi işləmişəm, qalan günlərdə isə adam dağılışana qədər - 10-11-ə kimi. Hava çox soyuqdur, donmuşam yaxşıca,- Şaxta baba deyir, sonra ağ saç-saqqalından güclə görünən gözlərini yerə dikir. Hər zaman şad–xürrəm görünən uşaqların sevimli qəhrəmanının nikbinliyi yoxa çıxır.

- 13 gündür burdayam, uşaqlarım üçün çox darıxmışam. Onlar hələ də atalarını görməyiblər. Dörd ildir onlarsız keçirdirəm yeni ili. Sabah artıq gedirəm (bu gün. – red.). İki övladım var. Onlara hədiyyə aparacağam.

Görəsən hədiyyəsini övladlarına necə, Şaxta baba kimi təqdim edəcək, yoxsa, bir ata kimi?

- Yox, onlar hələ Şaxta baba görməyiblər. Yəni, canlı olaraq. Bəlkə də evdə Şaxta baba görsələr, çox sevinərlər. Öz uşaqlarıma bunu heç vaxt qismət edə bilməmişəm. Amma gələn il bayramda inşallah onları da bura gətirəcəm.

Şaxta babamızın 43 yaşı var - yaşını desə də, adını elə Şaxta baba kimi təqdim etdi. Bayramımızı təbrik edib öz işinə davam edir.

Çirkli Qar qızlar

Yeni il qəhrəmanından ayrılandan sonra, küçədə çox seyrək gözə dəyən şəhər sakinlərindən birinə yanaşıram.

Dəyanət Orucov yeni illə bağlı şəhərdəki təşkilatçılıq işlərindən narazılıq edir, sonra bayram günü yeni il süfrəsi üçün xərclədiyi 200 manatdan danışır:

- Şəhərdə bayramın keçirilməsi zəif təşkil olunub. Restoran və kafelər toyxana üsulunda bayram şənlikləri təşkil edir. Uşaqlar üçün nümayiş olunan bayram şənlikləri və tamaşalar isə biletlərinin çox baha olmasına baxmayaraq, biabırçı gündədir. Qar qızların əynində çirkli gəlinlik paltarları, davranışları yüngül... uşaqlar belə Qar qızı necə sevsin? Qar qız Qar qızdan çox gəlinə oxşayır. Heç bir uşaq indi Qar qız olmaq istəməz. Amma əvvəllər belə deyildi. Elə bil bayram qəhrəmanlarını saxtalaşdırmağa çalışırlar.

Beləcə reportajımızı bitirib redaksiyamıza, iş başına qayıdırıq. Hər kəsə də il boyu işinin başında olmağı və işindən zövq almağı arzulayırıq. Daha gözəl illərə...

Tarix
2014.01.07 / 15:04
Müəllif
Vəfa Nağı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda şok: direktor arvadını 5-ci mərtəbədən atdı - Təfərrüat

Azərbaycanlılar 73 illik tarixi hadisəni andılar - Foto

Nazirlikdən hava xəbərdarlığı: yağış, güclü külək...

İranlı general Bakıda: Quliyevlə görüş - Foto

Sabah hava necə olacaq? - Proqnoz

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı - Rəsmi

Cilovluq qətliamını inkar edən vali hesabını bağladı – Foto

Prezident fərmanı: ali məktəblərdə nələr dəyişəcək?

Gömrükçülər avtomobildə 75 ədəd güllə aşkarladı - Foto

"Azərişıq" xəbərdarlıq etdi: bu ərazilərdə işıq sönəcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla