İzmirdə zəlzələ baş verdi
13:32
Ana səhifə Toplum |
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər"lə açılıb.
"Axar.az" DİN-in rəsmi saytına istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Xuliqanlıq zəminində törədilən 8 cinayətdən 4-ü və 1 soyğunçuluq faktının üstü açılıb.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
Tarix
2014.01.08 / 12:42
|
Müəllif
Axar.az
|