Yuxarı

İntiharlar nədən artır? – Ekspert rəyləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar intihar hadisələri tez-tez baş verir. Görəsən intihara səbəb olan amillər hansılardır? Bir çox hadisələrdə deyildiyi kimi ruhi pozğunluqmu, maddi vəziyyətmi və ya başqa bir səbəb?

"Axar.az"a danışan psixoloq Kənan Rəhimovun sözlərinə görə, intiharın əsas səbəbi ümidlərin itməsi, arzuların puça çıxması, ruh düşkünlüyünə düçar olmaqdır:

- İnsanların özünəqəsd nəticəsində müxtəlif üsullara əl atması bir növ vərdiş xarakteri daşıyır. Əgər əvvəllər intihar edən şəxs özünü hündür binadan atırdısa, körpülərin çox olduğu Bakıda indi də böyük ehtimalla körpüdən atacaq.

Psixoloq sosial şəbəkələrin artmasının da intiharı yaradan səbəblərə aid olduğunu düşünür:

"Cəmiyyətdə ünsiyyət aktivləşdikcə insanlar arasında xəyali obrazlar yaranır və bu reallaşmayanda ümidləri qırılır. Sosial şəbəkələrin sürətlə həyatımıza girdiyi bir vaxtda intiharlar da çoxalmalıdır.

Gənclər müstəqil ünsiyyətə hazır deyillər. İdarə olunması qeyri-mümkün olan virtual aləmdə ünsiyyət çox hallarda onlara xəyal qırıqlığı yaşadır. Gənclərin bir-biri ilə münasibətləri uzunmüddətli kommunikasiya olmalıdır. Sosial şəbəkələr isə buna imkan vermir, çünki reallıqdan çox uzaqdırlar.

Şəxsi həyatla bağlı mövzular insanları ən çox intihara sürükləyən səbəblərdir. Bir çox hallarda insanların qəlb qırıqlığına şəxsi münasibətlər daha çox səbəb olur. Yetkin cəmiyyət arasında qarşı tərəflə ünsiyyətdə tərbiyəsizlik daha çoxdur, nəinki tərbiyə. Azərbaycan gənclərinin əksəriyyəti müstəqil həyata hazır deyillər".

Sosioloq Əhməd Qəşəmoğlu isə intihar hadisələrini belə şərh edir:

"Özünəqəsd hadisəsi insanın bir davranış formasıdır və onun formalaşmasında üç əsas amil mühüm rol oynayır:

1. İnsanların həyat sürdüyü sosial-iqtisadi şərait.

2. Onların aldığı informasiya.

3. Onların üstünlük verdiyi dəyərlər, psixoloji vəziyyətlər, hadisələrə münasibəti.

İnsanlar sabaha ümidlə yaşamalıdır. Bu sahədə olduqca əməli və ideoloji işlər görülməlidir. Əhalinin müəyyən hissəsi psixoloji gərginlik içindədir. Azərbaycan ailəsi indi olduqca gərgin bir dövr yaşayır. Ailə rahatlığı pozulursa, onda da özünəqəsd riski çoxalır. İnsanlarımız arasında bir - birinə qayğı, xoş münasibət halları azalıb. Təbii ki, insanların güzəranı da burada mühümdür.

Fikrimcə, dərhal ciddi mütəxəssislər tərəfindən elmi əsaslanmış Fəaliyyət Proqramı hazırlamaq lazımdır. Orada qanunvericiliklə, inzibati metodlarla, KIV-in rolu barədə, məktəblərin fəaliyyəti barədə və s. aydın tövsiyələr olmalı və onlar diqqətlə həyata keçirilməlidir. İndilikdə isə KİV özünəqəsd hallarının populyarlaşmasına imkan veməməlidirlər".

Tarix
2014.01.09 / 18:43
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla