Yuxarı

Elnarə Tofiqqızının işi təkrar ekspertizaya göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəblərini araşdırmaq üçün təkrar ekspertiza aparılacaq.

Bu barədə "Axar.az"a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdaifə edən hüquqşünas Səməd Vəkilov açıqlama verib.

Onun sözlərinə görə, əvvəlki ekspert rəyi istintaqı qane etmədiyindən müstəntiq belə qərar verib:

"Bu gün Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Hafiz Əliyevin qərarı ilə mərhum Elnarə Tofiqqızının işi təkrar ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərildi. Birlik tərəfindən verilən əvvəlki ekspert rəyi zərərçəkən tərəfi və istintaq orqanını qane etmədiyi üçün müstəntiq belə qərar qəbul edib. Biz təkrar ekspertizanın nəticələrinin işin reallığını əks etdirəcəyinə inanırıq".

1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub.

Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.

Tarix
2014.01.11 / 10:49
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla