Yuxarı

Cəbhədə atışma: əsgərimiz yaralandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü, 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılmış əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.

Düşmən cavab atəşilə susdurulub.

Tarix
2014.01.13 / 10:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla