Yuxarı

Suriyada həlak olan bir azərbaycanlı haqda təfərrüatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub".

Bunu "Axar.az"a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

O, həmin şəxsin adının Rüstəm Əsgərov olduğunu bildirib:

"Suriyada son həlak olanlardan biri QAT-ın üzvü olub. Adı Rüstəm Əsgərov idi. Çox normal da bir insan idi. Mən özüm onunla dəfələrlə danışmışdım. Elə bil, sanki heç nə qəbul etmək səviyyəsində deyildi. O, hətta Suriyaya getməzdən əvvəl dostlarına zəng etmişdi ki, Qarabağda müharibənin başlaması ehtimalı yoxdur, ona görə də mən ora gedirəm".

A.Nağı Suriyada həlak olmuş həmyerlimizin əvvəllər həbsdə yatması haqqında da məlumat verib:

"Onlar 2003-cü ildə Qarabağa döyüşməyə getmək istəyirdilər. Hamısını tutub iş vermişdilər. Onlardan birinə ömürlük, qalanlarına bir neçə il iş verdilər. Azadlığa çıxanlar yanıma gəldilər. Dedilər ki, biz yenidən Qarabağa getmək istəyirik. Bunlar belə insan idilər. Onlar hər zaman Qarabağ üçün döyüşməyə hazır idilər".

Qeyd edək ki, Rüstəm Əsgərov 2013-cü il dekabrın 6-da Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə döyüş zamanı həlak olmuşdu. "İraq və Levantanın İslam dövləti" qruplaşması sosial şəbəkələrdə həmyerlimizin ölümü ilə bağlı informasiya yaymışdı. Rüstəm Əsgərovun Suriyadakı azərbaycanlı döyüşçülərin ideoloji rəhbəri olduğu bildirilmişdi.

Tarix
2014.01.15 / 17:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla