Yuxarı

Həmyerlimiz rəssam Nadir Əliyev dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər İçveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra yanvarın 8-də dünyasını dəyişib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Mərhumun qohumu Sergey Bespalının Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi məlumata görə, N.Əliyev Fransanın Annemas şəhərindəki qəbiristanlıqların birində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz "ikinci həyatı"na musiqiçi deyil, bir rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq, o, bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər N.Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir.

Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Vallettada təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksionerlərin diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi tərəfindən alınıb. (Trend)

Tarix
2014.01.15 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla