Yuxarı

Dükanlarımızda təhlükəli uşaq geyimləri satılır – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kim hardan gəldi, necə gəldi satır".

Bazarlarda uşaq geyimlərinin vəziyyətinə nəzər salsaq, əl yandıran qiymətləri gördükdə bəlkə də təəccübümüzü gizlədə bilmərik. Buna səbəb isə olduqca balaca olan geyimlərin, böyük qiymətlərə alıcılara təqdim edilməsidir. Qiymətlər isə geyimin harda satılmasına görə dəyişir. Bu vəziyyətdə geyimin bazar və ya brend vitrinlərdən asılmasından çox şey asılıdır.

Bəs nəyə görə uşaq paltarları alıcılara baha qiymətə satılır?

Geyimlərin qiymətindəki balans pozğunluğundan danışan iqtisadçı ekspert Azər İsmayılov bildirdi ki, azad bazar iqtisadiyyatında bunlara nəzarət etmək mümkünsüzdür. Hərə öz məhsulunun maddi dəyərinə uyğun qiymətlər təyin edir.

Bazardakı qiymətlər isə belə dəyişir:

Gödəkçələr - 20-35 azn
Şalvarlar - 12-25 azn
Əlcək-papaq dəsti - 15-20 azn
Boğazlı köynəklər - 13-24 azn

Qiymətlərdən gileylənən valideynlər isə paltarların böyüklərin geyimləri ilə eyni qiymətə satılmasından narazıdırlar.

Bəs görəsən, bazarlarda uşaq geyimlərinin keyfiyyətinə, sertifikatlaşdırılmasına nəzarət varmı?

"Axar.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bazarda keyfiyyətsiz və sertifikatsız mallar çoxluq təşkil edir.

"Pambıq mal adı altında tam fərqli, tərkibi qarışıq olan geyimlər alıcıya təqdim edilir. Buna nəinki bazarda, hətta brend dükanlarda da rast gəlmək mümkündür. Uşaq geyimləri ilə bağlı bizə daim şikayətlər olur. Hətta bu geyimlərdən körpələrin dərilərinə müxtəlif rənglər də çıxır. Nəzərə alsaq ki, bu boyaların içində ağır metallar var, hər şeyi rahatlıqla dərk edərik. Hətta bəzi geyimlər tullantılardan hazırlanmış məhsullardan ərsəyə gələrək, körpələrin bədəninə düşmən kəsilir".

Araşdırma zamanı bəlli oldu ki, 6-7 yaşlı usağı başdan-ayağa geyindirmək üçün minimum 70 manat (qışda) vəsait tələb olunur - amma keyfiyyətindən xəbərsiz olduğumuz məhsullardan istifadə edərək.

Tarix
2014.01.17 / 09:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla