Yuxarı

Millət vəkilinin şəxsi hesabını oğurladılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva təxribatla üzləşib.

AzNews.az xəbər verir ki, onun twitter hesabına hücum olub. Bu barədə millət vəkili facebook profilində qeyd edib:

"Dəyərli dostlar! Ötən gün kimlərinsə mənim rəsmi twitter hesabımın parolunu oğurlayaraq özəl məsaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıklarının şahidi olduq. Yazılan məsajı həmən tamam silməyi unutduklarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. (Qeyd edim ki, mən ümumiyyətlə özəl məsaj qutusundan nadir istifadə edirəm) Sizdən ricam son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər! mənim özəl məsaj qutumdan sizlərdən kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz məsaj gəlibsə mutlaq bizə xəbər verin.(Bu facebook hesabım olan Ganire Pashayeva üçün də keçərlidir).

Mütəxəsislərin dəstəyi ile twitter hesabının güvənliyi daha da artırılıb. Başqalarının hesabına girmək, məktublar yazmak və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təssüf ki, günümüzde bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik. (GaniraP) mənim tək rəsmi twitter hesabımdır. Təssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa twitter və çoxlu sayda facebook hesabları açıblar.

Mənim tək facebook hesabım(Ganire Pashayeva). Digər hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Artıq bu hesablarla bağlı və baş verən hadisə ilə bağlı araşdırma aparılması və tədbirlər görülməsi üçün əlaqədar dövlət qurumlarına müraciət bu gün göndərildi. Ümid edirəm ki adıma saxta twitter və facebook hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var"

Tarix
2014.01.22 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla