Yuxarı

Qanunda vərəsəlik necə təyin edilir? – Qaydalar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölənin qanun üzrə birinci növbədə göstərilmiş uşağı, arvadı və valideynləri sağdırsa və vərəsəliyi qəbul etmək istəyirlərsə, bu zaman sonrakı növbənin vərəsələrinin vərəsəlik hüququ yaranmır.

Bu sözləri Axar.az-a hüquqşünas Sadiq Əfəndiyev vərəsəlik bölgüsündən danışarkən deyib.

Hüquqşünasın sözlərinə görə, qanun üzrə vərəsəliyin nəzərdə tutulması miras qoyanın vəsiyyət etmək hüququnu məhdudlaşdırmır:

"Mülki Məcəlləyə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) iki əsasla – qanun üzrə və ya vəsiyyət üzrə keçir.

Miras əmlak tam həcmdə vəsiyyət olunmadığı halda, yəni miras əmlakın bir hissəsi vəsiyyət olunduğu və digər hissəsi vəsiyyətnamədən kənarda qaldığı halda, kənarda qalmış hissə qanun üzrə vərəsələrə keçir.

Bir qayda olaraq qanun üzrə vərəsəlik o zaman yaranır ki, ya ümumiyyətlə vəsiyyətnamə olmur, ya da miras əmlak qismən vəsiyyət olunur.

Mülki Məcəllədə qanun üzrə vərəsə ola biləcək şəxslər növbəlilik əsasında müəyyən edilib.

Bunlara aiddir:

Ölənin uşaqları;

Ölənin bacıları və qardaşları;

Xalalar və bibilər, dayılar və əmilər;

Xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

"Qanunvericilik qanun üzrə vərəsələrin növbəsini müəyyən edərkən onların miras qoyanla qohumluq əlaqələrinin yaxınlığını nəzərə alır.

Məsələn, ölənin qanun üzrə birinci növbədə göstərilmiş uşağı, arvadı və valideynləri sağdırsa və vərəsəliyi qəbul etmək istəyindədirlərsə, bu zaman sonrakı növbənin vərəsələrinin, eləcə də beşinci növbənin vərəsələri olan xalauşaqları, bibiuşaqları, dayıuşaqları və əmiuşaqlarının vərəsəlik hüququ yaranmır, onlar mirasdan hər hansı bir pay əldə edə bilməzlər.

Qanun ilk növbədə miras qoyana öz əmlakını nəinki övladına, hətta istədiyi hər hansı bir şəxsə vəsiyyət etmək imkanı yaradır.

Vəsiyyətnamə olmazsa…

Belə halda əmlak qanunda nəzərdə tutulmuş qaydada qanun üzrə vərəsələrin növbəliliyi nəzərə alınmaqla vərəsələrə keçir. Bu növbəliliyin özü də vərəsəlik hüququnun mahiyyətinə heç bir xələl gətirmir və miras qoyana daha yaxın olan şəxslərə - onun övladlarına, həyat yoldaşına və valideynlərinə miras əmlakdan ilk növbədə pay almaq imkanı verir.

Ölümündən sonra öz əmlakının müqəddəratını və yaxınlarının əmlak mənafeyeni fikirləşən hər bir şəxs hələ sağlığında vəsiyyətnamə yazmağa nail olmalıdır. Bu cür vəsiyyətnamələrin notariusun depozitinə verilməsi isə etibarlılıq baxımından daha məqəsədə uyğundur".

Qeyd edək ki, praktika göstərir ki, əvvəllər mehriban şəkildə birlikdə yaşamış vərəsələr, vəsiyyətnaməsiz miras əmlakın bölgüsü zamanı düşmənə çevrilir və onların arasında uzunmüddətli məhkəmə prosesi başlayır.

Vəsiyyətnamələr isə gələcəkdə bu cür xoşagəlməz halların qarşısını almaqda ən yaxşı vasitə hesab olunur.

Tarix
2015.11.02 / 20:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla