Yuxarı

PA rəsmisi qadın problemlərindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətdə bütün mövzularda qadınların rolunun artması, ictimai-siyasi fəaliyyətlərinin artırılması əsas məsələlərdən biridir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin məsul işçisi Vüqar Səlimov deyib.

PA rəsmisi Qadın Konsensus Mərkəzinin "Qadınların nüfuz və səlahiyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində təşkil etdiyi "Azərbaycanda qadınların siyasi iştirakçılığı" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib ki, qadınların vətəndaş cəmiyyətinin inkişafında böyük xidmətləri var:

"Azərbaycan müstəqilliyini elan etdikdən sonra qadınların cəmiyyətdə inkişaf etməsi üçün geniş şərait yaradılıb. Məlumdur ki, 1998-ci ildə prezidentin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu, qadınların təşkilatlanması üçün böyük bir hadisə olub.

Hazırda isə komitə dövlət siyasətinin həyata keçirilməsində böyük rol oynayır. Qadınların hüquqlarının təmin olunması üçün ölkəmiz bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulub".

V.Səlimov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva qadın problemləri sahəsində çox mühüm addımlar atıb:

"Onun dəstəyi və təşəbbüsü ilə elmi, mədəni və digər sahələri əhatə edən genişmiqyaslı tədbirlər keçirilib.

Qadınların ölkənin ictimai-siyasi fəaliyyəti getdikcə artmaqdadır. 1990-cı ildə ölkə parlamentində qadınlar 4,3 faiz təşkil edirdisə, 2000-ci ildə 10,7 faiz, hazırda isə 16,8 faizə bərabərdir".

Tarix
2015.11.03 / 13:18
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla