Yuxarı

Ər-arvadın birgə əmlakı necə bölünməlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birgə nigah dövründə əldə olunan hər şey boşandıqda tərəflər arasında iki hissəyə bölünür.

Bu sözləri Axar.az-a hüquqşünaş Yaqub Bağırov deyib.

O, əmlak bölgüsü zamanı ən böyük çətinliyin zinət və ev əşyaları üzərində olduğunu bildirib:

"Əksər hallarda oğlan tərəfi hər şeyi gəlinin apardığını, qarşı tərəf isə onun əlindən alındığını deyir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verildiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların mülkiyyəti hesab edə bilər".

Ekspert bildirib ki, məhkəmə birgə mülkiyyətin ailənin mənafeyinə zidd olaraq sərf edildiyi halları nəzərə alıb payları bərabər bölməyə bilər:

"Bölgü zamanı ər-arvadın ümumi borcları nəzərə alınır. Bu cür müraciətlər son zamanlar ciddi şəkildə azalıb. Əvvəllər insanlar öz hüquqlarından xəbərsiz idilər. Ona görə də bu kimi bəsit problemlər daha çox olurdu. Sanki əhalinin hüquqi savadı artıb. Artıq tərəflər hər şeyi əvvəlcədən hesablayır. Gənc cütlüklər nigah müqaviləsinin imzalanmasına ciddi üstünlük verirlər".

Qeyd edək ki, nikah pozulduğu vaxtdan yalnız 3 il müddətində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblə iddia qaldırmaq olar.

Tarix
2015.11.04 / 08:15
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla