Yuxarı

"Gecələr ağacda yatırdım, qoz yeyirdim" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada meşəyə gedərək itən, 5 gün, 6 gecə meşədə gecələyən və qoz yeməklə qidalanan 16 yaşlı məktəbli gənc artıq yaxınlarına qovuşub.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, Astara rayonun Siyəkü kənd ərazi vahidliyinə daxil olan, Çüəş məhəllə sakini 16 yaşlı Şahid Əzizov oktyabrın 26-sı, səhər saat 9:10 radələrində meşədə itərək yoxa çıxmışdı. Onun itməsindən 6 gün keçdikdən sonra Şahid özü evə qayıdaraq yaxınlarını sevindirməyi bacarıb. Lakin, Şahidin evə qayıtmağı yaxınlarını sevindirsə də onun meşədə 6 günü necə keçirməyi, həyatda necə qalmağı tamaşaçıların marağına səbəb olacağını nəzərə alaraq onun haqında yenidən çəkiliş aparmağı qərar verdik. Şahidin sözlərinə görə, həmin gün ilk dəfə meşəyə gedib qoz yığdıqdan sonra evə qayıdıb. Daha sonra ikinci dəfə qoz yığmağa gedəndə bu olay onun başına gəlib. Belə ki, Şahid azdıqdan sonra havanın qaraldığını görəndə dəfələrlə qışqırıb yaxınlarını çağırsa da artıq gec olub. Sən demə hava dumanlı olduğundan məktəbli yaşadığı evdən çox uzaqlaşıb.

Yolu taparaq evə qayıtmaq Şahidə heç də asan başa gəlməyib. Meşədə 6 gün yaşayan məktəbli heyvanların ayaq izi ilə gəlib evə çıxa bilib. Evə gələn Şahidin dili qorxudan tutulduqdan sonra bir neçə gün danışa bilməyib:

"Qoz yığmağa gedib evə qayıtdım. İkinci dəfə də qoz yığmağa getdim, yığa-yığa meşədə irəlilədim, bir də gördüm ki, yolu azmışam, duman bürüdü ətrafı. Qışqırdım, səsimi eşidən olmadı. Gecələr ağacda yatırdım, qoz yeyirdim. Heyvanların ayaq izləri ilə evi tapdım".

Hazırda həkim nəzarəti altında olan gəncin səhhətində ciddi problemin olmadığı bildirilir.

Tarix
2015.11.05 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla