Yuxarı

Sayğacı necə koddan çıxarmaq olar? - Azəriqazdan yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Smart tipli qaz sayğacı koda düşdüyü zaman abonentlər öz kartları vasitəsilə sayğacı işə sala biləcəklər.

Azəriqaz İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, istehlakçıların fasiləsiz təbii qazla təmin olunması məqsədilə yenilik edilib.

Artıq smart tipli qaz sayğacları koda düşdüyü zaman abonentlər öz kartları vasitəsi ilə sayğacı işə sala biləcəklər. Bunun üçün müvafiq proqram təminatında işlər aparılıb.

Abonentlər öz kartları ilə yalnız "ALARM 3", "ALARM 5" və "FO-44" koda düşmələrini aradan qaldıra bilərlər. Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər:

1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsizlik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra sayğac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

Tarix
2015.11.05 / 16:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla