Yuxarı

Antalyadan gələn silahlılar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükdə qaçaqmalçılıq yolu ilə soyuq silahlar gətirənlər saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları Fərid Həsənbəyov və Tural Səmədzadə yoxlanılıb.

Monitorda dəyənəyə oxşar əşyaların təsvirləri görünüb. Təkrar yoxlama zamanı F.Həsənbəyova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 3 ədəd, T.Səmədzadənin çantasındakı şəxsi əşyaların arasından isə 1 ədəd metaldan hazırlanmış dəyənəklər aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin predmetlər dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahlardır. Hər iki faktla bağlı təhqiqat aparılır.

Tarix
2015.11.05 / 17:28
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla