Yuxarı

Şirvanda atışma: İki nəfər güllələndi - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi ("razborka") zəminində baş verib.

"Makarov" tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə "krutoy Elvin" kimi tanınan) qətlə yetirilib.

Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb olunması gözlənilir.

Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

Tarix
2015.11.06 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla