Yuxarı

“BakuBus” sərnişinlərə səslənməyə məcbur oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakubus MMC sərnişinlərə xidmət göstərən marşrutlarının istifadəsi zamanı sərnişinləri diqqətli olmağa çağırıb.

MMC-dən Axar.az-a verilən məlumata görə, bəzi sərnişinlər marşrutları dayanacaqlardan kənarda saxlatdırmaq üçün avtobusun içindəki düymələrdən istifadə edirlər. Bu da avtobusun hərəkətinə mane olur və yolda təhlükə yaradır.

"BakuBus" bu məqsədlə sərnişinlərə müraciət edərək bildirir:

"Əziz sərnişinlər, avtobuslarımızda qapının üzərində qəza düyməsi olur. O düymə basılanda qapılar avtomatik sıxılaraq açılır. Və açıq olduğu müddətdə sürücü avtobusu hərəkətə gətirə bilmir. Bəzi sərnişinlərimiz sürücünün dayanacaqdan kənar saxlamadığını gördüklərində, avtobus işıqforda dayandığı zaman o qəza düyməsindən istifadə edərək qapıları açmağa müvəffəq olurlar.

Avtobusun hansısa qapısı açıldığı zaman sürücü onu hərəkətə gətirə bilmir. Sürücü bu məqamda məcbur olub aşağı düşərək qapını əvvəlki vəziyyətinə bərpa edir. Nəticədə həm vaxt itkisi, həm təhlükə, həm də arzuolunmayan mübahisə yaranır.

Diqqətli olaq".

Tarix
2015.11.06 / 13:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla