Yuxarı

Sosial şəbəkə adlarının yazılış qaydaları - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından məlumat verilib. Sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydaları da açıqlanıb.

Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

Siyahını təqdim edirik:

"skype" - skayp

"site" - sayt

"provider" - provayder

"facebook" - feysbuk

"twitter" - tvitter

"instagram" - instaqram

"e-mail"- imeyl

"youtube" - yutub

"messenger" - mesencer

"whatsapp" - votsap

"line" - layn

"viber" - vayber

"google" - quql

"yandex" - yandeks

"wi-fi" - vayfay

Xatırladaq ki, Azərbaycan Dil Qurumu bir il bundan əvvəl sosial şəbəkə adlarının düzgün yazılış qaydasının müəyyənləşib elan edilməsi tələbi ilə Terminologiya Komissiyasına müraciət etmiş, Axar.az saytı isə ötən aydan başlayaraq ardıcıl olaraq üç dəfə rəsmi sorğu göndərmişdi.

Tarix
2015.11.06 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla