Yuxarı

Şagirdlər üçün fənn müsabiqələri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Axar.az-a verilən məlumata görə, təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli "Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə" əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub.

Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib.

Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.

Fənn müsabiqələrinin yanvar ayına qədər 3 dəfə keçirilməsi nəzərdə tutulub. Fənn müsabiqələrinin iştirakçısı olan şagirdlər nəticələrindən asılı olmayaraq hər üç mərhələdə biliklərini sınayacaqlar.

Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.

Tarix
2015.11.07 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sərhəd xidmətlərini eyni vaxtda yerləşdirəcək

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla