Yuxarı

Lənkəranda ağır qəza: Sürücü öldü – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günorta saatlarında Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, rayonun Digah kəndi ərazisindən keçən hissəsində Sumqayıt şəhər sakini, 40 yaşlı Mehman Məmmədovun idarə etdiyi "Hyundai" markalı, 41 BB 958 dövlət nömrə-nişanlı sərnişin avtobusu Lənkəran rayonunun Mamusta kənd sakini, 52 yaşlı Məhərrəm Hüseynovun idarə etdiyi "VAZ- 21011" markalı, 42 BF 290 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri xüsusi alətlərin köməyi ilə avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

Həkimlərin səylərinə baxmayaraq, bir neçə saatdan sonra o, xəstəxanada keçinib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Tarix
2015.11.07 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla