Yuxarı

Qənirə Paşayeva Tovuzdakı atışmadan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvü Tovuzun Əlibəyli kəndində son vaxtlar baş verən atışmalara, eləcə də, ötən aşam yerli qadın sakinin düşmən gülləsi ilə yaralanmasına münasibət bildirib.

Millət vəkili "Facebook"da yazıb:

Bu gün doğulduğum və millət vəkili olduğum Tovuz rayonunda Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq 38 yaşlı Hüseynova Ruhiyyə Əhməd qızını yaralayıblar. Görünən odur ki, Ermənistan hələ də sivil, silahsız, dinc insanlara qarşı insanlıqdan kənar, vəhşi cinayətlərindən əl çəkmək niyyətində deyillər. Silahsız, sivil insanları, qadınları, uşaqları atəşə tutaraq öldürmək, ailələri gözüyaşlı qoymaq kimi insanlıqdan kənar əməllərindən və çirkli xislətdən əl çəkmək niyyətində deyil təssüf ki Ermənistan. 2 gündür Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq sivil, dinc insanları hədəfə alırlar. Bir az öncə də yenə atəşkəsi pozublar. Amma Tovuz rayonu istiqamətində ön cəbhəmizi qoruyan hərbiçilərimiz onların bütün təxribati əməllərinə layiqli cavab vermək gücündədir və verirlər.

Bir az əvvəl ön cəbhədə yerləşən Əlibəyli kəndimizin sakini olan Ruhiyyə bacımızla danışdım. Qəlpələr hər iki ayağını və diz qapağını ciddi zədələyib. Yaşadıqlarının şokundan yavaş-yavaş özünə gəlməyə başlayır. Keçmiş olsun diləklərimizi çatdırdım.Allah onu əzizlərinə və sevənlərinə bağışlayıb və ailəni gözyaşlı qoymayıb və Ermənistan Silahlı Qüvvələrinin insanlıqdan kənar arzularını gözündə qoyub. Həkimlərlə də danışdım. Ruhiyyə bacımızın tezliklə sağlamlığına tam qovuşa bilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər. İnşallah qıza zamanda sağlamlığına tez qovuşar. İnşallah dinc insanlara bu cür acılar yaşadan və torpaqlarımızı işğal edərək 1 milyon insanımızın evinə dönməsinə imkan verməyən Ermənistan layiqli cəzasını alar. Mütləq alacaq şəxsən mən buna əminəm. Amma onlara daha da ağır cəza Yaradanın verəcəyi cəza olavaq ki bunu da artıq görürük. Bir özləri görə bilmirlər amma görəcəklər. Günahsız insanların qanı və ahı yerdə qala bilməz və qalmayacaq inşallah. Ruhiyyə bacımıza bir daha keçmiş oldun və Allah onu hər zaman qorusun. Bütün ön cəbhədə yaşayan insanlarımızı da! ATƏT-in Minck qrupu həmsədrlərindən isə inanmıram ki, bir səs çıxsın. Onlar heç zaman işğalçı Ermənistanda ciddi təzyiqlər etmədilər. Etsəydilər bu gün Ruhiyyə bacımız kimi insanlar belə acılar yaşamazdılar.

Amma inşallah biz özümüz bir dövlət və millət olaraq torraqlarımızı işğaldan azad edəcəyik və bu istiqamətdə hamımız birlik, bərabərlik içində daha da çox çalışmalıyıq.Ön cəbhəmizi qoruyan bütün hərbiçilərimizi, əsgərlərimizi dualarınızda unutmayın. Rəbbim onları qorusun! ("Musavat.com")

Tarix
2014.01.24 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla