Yuxarı

Zakir Həsənov daha bir hərbi hissədə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.

Z.Həsənov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqəti daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.

Tarix
2014.01.24 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla