Yuxarı

Qaraçuxur qəsəbəsində güclü yanğın: 3 ev yandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində güclü yanğın hadisəsi baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, yanğın Kamil İsmayılov küçəsi 17 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon dövlət yanğından mühafizə hissəsinin 4 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Qonşuluqdakı üç evə keçən yanğının miqyası böyük olduğundan, əraziyə ehtiyat qüvvə cəlb olunub.

Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Kamil İsmayılov küçəsi 17 ünvanında bir-birinə yaxın yerləşən evlərin 3-ü yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Yanğının nə səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.

Tarix
2014.01.25 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla