Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 Aprel 2018


Qənirə Paşayevanın hekayəsi: "Mənim nənəm"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan sevdiyindən ayrı yaşaya bilər amma... paylaşa biməz..!

Babam nənəmə dəlicəsinə aşiq olub. Hətta o qədər dəlicəsinə ki, evli və iki uşaq atası olmasına baxmayaraq, onu – nənəmi qaçırıb. Nənəm o zaman çox gənc və dünyalar gözəli imiş. Babam da bölgənin ən yaraşıqlı kişilərindən biri. (– Necə deyərlər, onların – bir yaraşıqlı dəliqanlı ilə bir dünyalar gözəlinin yolu hardasa kəsişməzdimi?!.) Eşqi o qədər güclü olub ki, babamın... nə ailəsi, nə övladı, nə də toplumdakı nüfuzuna ciddi zərər gələcəyi qorxusu sevdasından əlçəkməsinə səbəb ola bilməyib.

Bu hekayənin ən günahsız insanı hər şeydən xəbərsiz nənəm isə bir gün qəfildən babam tərəfindən qaçırılıldığında acı bir gerçəklə üz-üzə idi: babamın ailəsi və iki övladı var idi..! Amma ondan daha dəhşətli gerçək nənəmin də qısa zamanda babama dəlicəsinə aşiq olması idi. Uzun sözün qısası, babam nənəmlə evlənir və birgə ailə həyatına başlayırlar... amma babamın başqa bir yerdə yaşayan ilk həyat yoldaşı və övladları nənəmin vicdanını rahat buraxmır, təbii... Babam ailəsinə yaxşı baxsa da, uşaqların atasından qıraqda qalmasına nənəmin vicdanı yol vermirmiş və sonda o həyatının ən böyük yanlış və ən böyük doğru qərarını alır..! – Babamın birinci həyat yoldaşı və övladlarının da onlarla birlikdə yaşamasına razı olur. Birlikdə yaşamağa başlayırlar və o aralar anam doğulur. Amma bu birlikdə yaşamaq uzun sürmür, qısa zaman sonra bir gün nənəm paltarlarını toplayıb qızını da götürüb köçür atasının yurduna... Babam dəli kimi olur, onun üçün sevdiyi qadından ayrılmaq faciənin ta özü idi... – Qərarlı nənəm bir daha o evə dönmür. Gözəlliyinə baxmayaraq, bir daha heç kimsəni sevmir, ərə getmir, sevgisinə xəyanət etmir...

Balaca idim və onların ayrı yaşamasını istəmirdim – uşaq qısqanclığı ilə... Bir dəfə, "babamı hələ də sevirsənmi?" deyə sual etmişdim... – Eləcə üzümə baxmışdı... – gözlərinin dərinliyində gizlənənləri indi daha yaxşı anlaya bilirəm.

Babam öləndə yasa gəldi... Hamı diqqətlə ona baxırdı. Nə edəcək? – deyə... Bir qıraqda oturdu... arabir cənazəyə doğru baxırdı... sevdiyiylə doğru-düzgün halallaşa da bilmirdi. Mən isə babamın cənazəsi yanında oturub gözüyaşlı ona baxırdım. Dəhşətli bir mənzərə idi. O sevdiyi insanı doyunca ağlaya bilmək, son dəfə ona sarıla bilmək, bilmirəm, bəlkə də illərlə ürəyində gəzdirdiyi son sözləri ona pıçıldamaqdan, hayqırmaqdan belə məhrum idi... Ən ağır onun acısı idi... amma gəlmişdi... Demək, sevdiyin insanı qara torpaqla paylaşmaq başqa biri ilə paylaşmaqdan daha asan imiş... Sual vermirdim... Yaraları o günkü kimi təzə idi... Sadəcə içindəki sevgi boşluğunu doldurmaq istəyirdim uşaq nəvazişləri ilə... Onu doyunca öpdüm amma içimdə mənə rahatlıq verməyən sualı təkrar verdim: "Niyə getdin, niyə ayrıldın?" dedim... "Paylaşa bilmədim" dedi – qısa və konkret..!

İnsan sevdiyindən ayrı yaşaya bilər amma onu paylaşa biməz... Nənəm dünyasını dəyişəndə... "onu da babamın yanında basdıraq" demək istədim. Babamın yanında nənəmdən öncə rəhmətə getmiş o biri nənəm dəfn edilmişdi... – xatıladım və ürəyimdən keçənləri heç kimə demədim. Çünki belə bir vəsiyyət etməmişdi. Etməzdi də..! Orda da dözə bilməzdi... Paylaşa bilməzdi... Ayrıca dəfn etdik... Bütün böyük sevgilərdə olduğu kimi... Şair demiş, "AYRILIQLAR SEVGİYƏ DAXİLDİR..!"

Tarix
2014.01.28 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycan 10-dan çox ölkəyə PUA satır - Nazir

AMAY Abdullaya qarşı yeni iddia qaldırıldı

Mərhum jurnalistin bacısından Rövşən Rzayevə - Müraciət

Quskaya qarşı əlavə ittihamlar – Vəkili açıqladı

Gömrük yoxlanışında şəxs soyundurularsa… - Qadağa

Ordumuzun 100 illiyi ilə bağlı paradda - Bir ilk

Bələdiyyənin işi prokurorluğa göndərildi

Nazirliyin sektor müdiri dünyasını dəyişdi

DSX-dən əməliyyat: Bakıda iki əcnəbi tutuldu

Diqqət: bu yolda tıxac var - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla