Yuxarı

Azərbaycanlıların ən çox getdiyi ölkə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Gürcüstana Azərbaycandan 1 milyon 392 min adam qonaq gedib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, yanvar-avqust aylarında bu ölkəyə Azərbaycandan gələn turistlərin sayı 932 minə yaxın olub. Bu rəqəmin üstünə turizm mövsümünün davam etdiyi sentyabr ayını da gəldikdə Gürcüstana Azərbaycandan getmiş turistlərin sayı 1 milyonu keçmiş olur.

Dövlət Statistika Komitəsindən ANS-ə verilən məlumata görə, ölkəyə gələn turistlər ildən ilə azalır. Əgər 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Amma bu illər ərzində xaricə gedənlərin sayı iki dəfə artıb. 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turist getmişdisə, 2014-cü ildə bu say 81,6 minə çatıb.

Ölkəyə gələn turistlərin ölkələr üzrə təsnifatı göstərir ki, gələn turistlər Azərbaycan mətbəxi ilə yaxın tanış olan ölkələri təmsil edirlər - 2014-cü ildə gəlmiş 10 min 657 turistin 4 min 192-si rusiyalı, 4 min 174-ü isə türkiyəli olub. Buna görə də turist sayının ildən ilə azalması başqa amillərlə yanaşı restoran biznesindəki vəziyyətlə də bağlıdır.

Gürcüstan hər il 5 milyona yaxın turist cəlb edir ki, bunun 1 milyona yaxın Rusiyadan gəlir. Azərbaycanın Rusiya ilə münasibətlərinin Gürcüstana baxanda xeyli isti olduğu, Azərbaycanda rus dilini bilənlərin sayının qat-qat yüksək olduğu nəzərə alınarsa, bu sahədə imkanlarımızın xeyli yüsək oluğunu anlamaq mümkündür. Bunun üçün, sadəcə, ictimai-iaşə və mehmanxana sektoru qiymətləri real səviyyəyə salmalıdır.

Tarix
2016.01.03 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla