Yuxarı

Xəbərdarlıq: Yollar buz bağlayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 0,5 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Axar.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, ciskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Gecə və səhər şəhər ətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 5-də əsasən yağmursuz , gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir.

Tarix
2016.01.04 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla