Yuxarı

Qubanın 30-dan çox kəndi ilə əlaqə kəsildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilin ilk günlərindən başlayaraq şimal bölgəsinə yağan güclü qar nəqliyyatın işini iflic edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən Report-a verilən məlumata görə, ən çox qar Qrız kəndinə düşüb - 84 sm. Xınalıq və Ləzə kəndlərində qarın qalınlığı 70 sm., Quba şəhərində isə 47 sm.-dir. Havanın temperaturu -21 dərəcəyə enib.

Yağan qar bütün yollarda, o cümlədən Quba-Xınalıq, Quba-Qonaqkənd və Quba-Tüləkəran-Zeyid Buduq yollarında problemlər yaradıb. Bu yolların bağlı olması səbəbindən sözügedən kəndlər istiqamətində gedən avtomobillər geri qayıtmaq məcburiyyətində qalır.

Əraziyə Quba rayon 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Səkkiz kəndə gedən yol bir neçə dəfə açılsa da, qar uçqunları səbəbindən yollar yenidən bağlanıb.

Güclü qar Quba avtovağzalının işində də çətinliklər yaradıb. Avtovağzalın növbə rəisi Rəhman Dadaşov bildirib ki, 30-dan artıq kəndlə, eləcədə Xudat şəhəri ilə marşurut əlaqəsi kəsilib.

Hidrometeoroloqlar şaxtalı hava şəraitinin hələ 2 gün davam edəcəyini proqnozlaşdırır.

Tarix
2016.01.04 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla