Yuxarı

Lənkəranda sürüşmə: 20-yə yaxın ev qəzalı vəziyyətdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin oktyabr ayında cənub bölgəsinə yağan intensiv yağışlar bir neçə yaşayış məntəqəsində sürüşmə ərazilərinin aktivləşməsinə səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, torpaq sürüşməsi nəticəsində Lənkəran rayonunun Dağlıq Bəliton kəndində 20-yə yaxın fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Əksər evlərin divarlarında dərin çatlar əmələ gəlib.

Kənd sakini Əfqan Heydərova məxsus fərdi ev yaşayış üçün xüsusilə təhlükəli sayıldığından onun ailəsi müvəqqəti olaraq çadıra köçürülüb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Bəliton ərazi vahidliyi üzrə nümayəndəsi Ağayar Yusifov bildirib ki, mövcud vəziyyət barədə müvafiq qurumlara müraciət olunub. Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə qəzalı evlərə baxış keçirərək, müvafiq akt tərtib ediblər.

Tarix
2016.01.06 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla