Yuxarı

Astara gömrüyündə narkotik əməliyyatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşı Yusra Əliyevanın üzərinə baxış keçirilib. Yoxlama nəticəsində ondan 1 ədəd bağlamada, ümumi xalis çəkisi 127,760 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda isə İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Rostamnejadlankan Majıd Askarının üzərində yoxlama zamanı ondan 8 ədəd bükümdə, cəmi 38 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Tarix
2016.01.07 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla